"Mançester Yunayted" ulduz futbolçu ilə razılaşdı

Dortmund "Borussiya"sının futbolçusu Caydon Sanço "Mançester Yunayted"ə keçməyə yaxındır.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubu 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalamaqla bağlı razılığa gəlib.

Bildirilib ki, "Mançester Yunayted" Dortmund təmsilçisi ilə də danışıqların inkişaf mərhələsindədir.Tərəflər hələ razılığa gəlməsə də, tezliklə bunun reallaşacağı gözlənilir.