"Mançester Yunayted" və "Arsenal" transfer yarışına girib

"Barselona"nın niderlandlı futbolçusu Frenki De Yonq karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportline.az "Todo Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Arsenal" F.De Yonqu transfer etmək üçün hərəkətə keçib.

27 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, De Yonqun "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.