"Mançester Yunayted" və "Çelsi" "Atletiko"nun futbolçusuna elçi düşdü
"Atletiko"nun futbolçusu Yannik Karrasko Premyer Liqa klublarının hədəfindədir.
SportLine.az AS nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" belçikalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Madrid klubu oyunçunun keçidi üçün 86 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, "Atletiko" yanvar ayında Nikolas Qaytan və Lusiano Viettonu da satmağa hazırlaşır.