“Mançester Yunayted” və “İnter” transfer yarışına girib

“Borussiya Dortmund”un hücumçusu Karim Adeyemi yanvar ayında komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, “Mançester Yunayted” və “İnter” 23 yaşlı futbolçunu transfer etmək üçün yarışa girib.

Bu haqda “Bild” nəşri məlumat yayıb.

Qeyd edək ki, Adeyemi cari mövsüm meydana çıxdığı 19 matçda 3 qol, 5 asistlə yadda qalıb.