"Mançester Yunayted" "Vulverhempton"un hücumçusu üçün 60 milyon avro ödəməyə hazırdır
"Vulverhempton"un hücumçusu Matheus Kunya karyerasını Mançesterda davam etdirə bilər.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Qırmızı şeytanlar” braziliyalı hücumçunun transferi üçün qarşı tərəfə 60 milyon avro ödəyə bilər.
Qeyd edək ki, Matheus Kunya bu mövsüm canavarların heyətində çıxdığı 36 oyunda 14 qol, 8 asistlə yadda qalıb.25 yaşlı futbolçu 2023-cü ildən "Vulverhempton"da çıxış edir.