“Mançester Yunayted” yarımmüdafiəçi axtarışına çıxıb
“Mançester Yunayted” klubu heyətə yeni futbolçu transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, klub 2026-cı ilin yay transfer dönəmində “Brayton”un yarımmüdafiəçisi Karlos Balebanı transfer etməyə maraqlıdır.
21 yaşlı futbolçu artıq uzun müddətdir “qırmızı şeytanlar”ın izlədiyi oyunçular sırasındadır. Həmçinin Balebanın özü də bu keçidə müsbət yanaşdığı bildirilir.