"Mançester Yunayted" yeni transferə hazırlaşır

"Mançester Yunayted" heyəti gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, mançesterlilər bu məqsədlə "Everton"a üz tutublar.

"The Sun" nəşrinin məlumatına görə, "qırmızı şeytanlar" Liverpu klubunun 21 yaşlı mərkəz müdafiəçisi Cerred Brentueyti öz rənglərinə qatmaq niyyətindədirlər.

Bunun üçün "Everton"a 93,6 milyon avro təklif edildiyi bildirilir.

Brentueyt bu mövsüm meydana çıxdığı 34 oyunda rəqib qapılarından 2 top keçirib.