“Mançester Yunayted”də ayrılıq
“Mançester Yunayted” yarımmüdafiəçisi Andreas Pereyra ilə yollarını ayırıb.
Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubu 26 yaşlı yarımmüdafiəçini “Flamenqo”ya satıb.
Braziliya klubu icarə əsasında komandada çıxış edən milli üzvünün transfer hüquqlarına yiyələnib. Pereyra bu gün komanda ilə yeni uzunmüddətli müqavilə bağlayacaq.
Qeyd edək ki, Andreas Pereyra 2021-ci ilin yayında icarə əsasında Braziliya klubuna keçmişdi.