"Mançester Yunayted"də ayrılıq

“Mançester Yunayted” gənc futbolçu Meyson Qrinvudla yollarını ayırdığını rəsmən bildirib.

 Sportline.az Goal.com-a istinadla xəbər verir ki, şiddətdə təqsirləndirilən gənc futbolçunun günahsız olduğu üzə çıxasa da,  “qırmızı şeytanlar” onu komandadan kənarlaşdırıblar. 

Qeyd edək ki, Meyson Qrinvud sonuncu dəfə 2021/22 mövsümündə “Mançester Yunayted” forması ilə meydana çıxdığı 24 görüşün 6- da fərqlənməyi bacarıb.