"Mançester Yunayted"də ayrılıq gözlənilir
"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Bek dilə gəlib.
Sportline.az xəbər verir ki, niderlandlı futbolçu heyətdə az yer almaqdan narazıdır.
Bu haqda tanınmış jurnalist Fabrisio Romano "Tvitter"də paylaşım edib.
Onun sözlərinə görə, Van de Bek oyun praktikasının azlığını əsas gətirərək komandadan ayrılacağını istisna etməyib.
Futbolçu hətta Mançesterdəki qazancından razı qalmasının da buna mane ola bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Bek bu mövsüm iştirak etdiyi cəmi iki oyunda heç nə ilə yadda qalmayıb.