"Mançester Yunayted"də ciddi itkilər

"Mançester Yunayted" ciddi itkilərlə üzləşib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Kristian Eriksen və Rasmus Hoyland zədə üzündən ən azı 1 ay komandaya dəstək ola bilməyəcək.
İşləri yolunda getməyən “qırmızı şeytanlar” Çempionlar Liqasının qrup mərhələsinin “Qalatasaray”la oyununda bu futbolçuların xidmətindən məhrum olacaqlar. 

Bundan başqa Aron Van Bissaka, Rafael Varan, Kazemiro, Markus Reşford, Sofyan Amrabat, Lük Şou da zədəlidir.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının A qrupunda qərarlaşan “Mançester Yunayted” hazırda 3 xalla sonuncudur.