"Mançester Yunayted"də "yarpaq tökümü" gözlənilir

"Mançester Yunayted"də ciddi dəyişikliklər gözlənilir.

Sportline.az Mirror nəşrinə istinadla xəbər verir ki, yaxın iki transfer pəncərəsində heyətin 13 üzvü yola salınacaq.

Baş məşçqi Erik Ten Haq bununla heyəti yeniləmək niyyətindədir.

Siyahıda Antoni Marsial, Donni van den Bek, Meyson Qrinvud, Ceydon Sanço kimi futbolçuların da adı var.

Qeyd edək ki, ötən mövsümü 3-cü yerdə başa vuran "qırmızı şeytanlar" cari mövsümdə elə də inamlı təsir bağışlamırlar.

Mançester təmsilçisi hazırda yarış cədvəlinin 6-cı pilləsindədir.