"Mançester Yunayted"də yeni qapıçı
“Mançester Yunayted” qapısını möhkəmlədib.
Sportline.az xəbər verir ki, klub rəhbərliyi İngiltərə millisinin sabiq qapıçısı Cek Batlendi icarəyə götürüb.
Cek tibbi müayinədən keçdikdən sonra mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkəcək. Yayda isə yenidən “Kristal Pelas”a qayıdacaq.
Qeyd edək ki, Cek Batlend 2012-2018-ci illərdə İngiltərə millisinin formasını geyinib.