"Mançester Yunayted"dən "Arsenal"a
Markus Reşford "Mançester Yunayted"dən ayrıla bilər.
Sportline.az xəbər verir ki, 26 yaşlı hücumçunun İngiltərənin digər nəhəng klubu "Arsenal"a keçidi gözlənilir.
Bu haqda "Deadline Day Live" məlumat yayıb.
Son vaxtlar intizam qaydalarını pozmaqda günahlandırılan futbolçu klubdan incik düşüb.
Qeyd edək ki, "Mançester Yunayted" rəhbərliyi iki gün Belfastın gecə klublarında vaxt keçirdiyinə görə məşqə çıxmayan futbolçuya pul cəriməsi kəsmişdi.