“Mançester Yunayted”dən “Çelsi”yə

“Çelsi” təcrübəli müdafiəçi Harry Maquayer üçün təklif göndərib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “Mançester Yunayted” futboçu ilə yollarını ayırmaq istədiyini dedikdən sonra “zadəganlar” təcrübəli müdafiəçi üçün 39 milyon avro təklif ediblər.

Futbolçu özü isə, “qırmızı şeytanlar”ın heyətində xoşbəxt olduğunu və burada qalmaq istədiyini deyib.

Qeyd edək ki, Erik Ten Haq Maquayer ilə son görüşündən sonra onun kapitanlıq bazubəndini alıb.