“Mançester Yunayted”dən yeni transfer həmləsi
“Vulverhempton”un brazilyalı futbolçusu Joao Qomeş “Mançester Yunayted”in əsas transfer hədəfinə çevrilib.
Sportline.az “Record Portugal” nəşrinə istinadən xəbər verir ki, Mançester klubu yanvar ayında “Vulverhempton”a rəsmi təklif göndərəcək.
24 yaşlı futbolçunun transfer qiyməti 44 milyon avrodur.
Qeyd edək ki, J.Qomeş cari mövsüm meydana çıxdığı 14 matçda 1 asistlə yadda qalıb.