"Mançester Yunayted"dən "Yuventus"a 70 milyonluq təklif
Qış transfer pəncərəsində heyətini gücləndirmək barədə düşünən "Mançester Yunayted" diqqətini İtaliya A Seriyasına yönəldib. SportLine.az "Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Yuventus"un futbolçusu Alek Sandronun xidmətində maraqlıdır.
Premyer Liqa klubu 26 yaşlı müdafiəçinin keçidi üçün 70 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, braziliyalı futbolçu 2015-ci ildə "Porto"dan "Yuventus"a transfer edilib.