"Mançester Yunayted"in 2 futbolçusu "Nyukasl"la oyunda azarkeşlərlə vidalaşıb

Premyer Liqada 34-cü turdan təxirə salınmış oyunda "Mançester Yunayted" "Old Trafford"da "Nyukasl"la qarşılaşıb.

Sportline.az xəbər verir ki, qırmızı şeytanların 2 fransalı ulduzu Rafael Varan və Antoni Marsial oyunqabağı azarkeşlərlə vidalaşıblar.

Hər iki futbolçu mövsümün sonunda komandanı tərk edəcək.

Rafael Varan 2021-ci ildə "Real Madrid"dən 40 milyon avro qarşılığında "Mançester Yunayted"ə keçmişdi.

10 ilə yaxındır qırmızı şeytanların şərəfini qoruyan Antoni Marsial isə "Monako"dan 60 milyon avro qarşılığında transfer olunmuşdu. Marsial bu müddət ərzində icarə əsasında "Sevilya"da da çıxış edib.

Qeyd edək ki, "Mançester Yunayted" sözügedən oyunda "Nyukasl" üzərində 3-2 hesabı ilə qələbə qazanıb.