"Mançester Yunayted"in gözü almaniyalı futbolçunun üzərindədir

"Ayntraxt"ın futbolçusu Nataniel Braun "Mançester Yunayted"in diqqət mərkəzindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

22 yaşlı sol cinah müdafiəçisinin dəyəri 35 milyon avrodur.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 27 matçda 1 qol, 6 asistlə yadda qalıb.