"Mançester Yunayted"in gözü Harri Keynin üzərindədir
"Mançester Yunayted" "Bavariya"nın futbolçusu Harri Keyni heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
32 yaşlı oyunçunun transfer qiyməti 65 milyon avrodur.
Qeyd edək ki, H.Keyn cari mövsüm meydana çıxdığı 47 matçda 54 qol, 7 asistlə yadda qalıb.