“Mançester Yunayted”in keçmiş futbolçusu karyerasında 18-ci klubuna keçib
Yarımmüdafiəçi Li Martin İngiltərə 7-ci divizionundan "Eşford United"ə transfer olunub.
Sportline.az xəbər verir ki, bu barədə Soccer.ru saytı məlumat yayıb.
Mənbənin sözlərinə görə bu, futbolçunun professional karyerasında 18-ci klubudur.
Martinin yeni klubunda futbolçu-məşqçi kimi çalışacağı qeyd edilir.