"Mançester Yunayted"in keçmiş futbolçusu karyerasını bitirib
"Mançester Yunayted" və "Lester Siti"nin sabiq müdafiəçisi Denni Simpson peşakar karyerasını bitirdiyini açıqlayıb.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, ingilis oyunçu 37 yaşında futbolla vidalaşıb.
Sağ cinah mudafiəçisi karyerası ərzində çıxdığı 438 oyunda 4 qol vurub, 13 asist edib.
Simpson 2016-cı ildə "Lester Siti"nin heyətində Premyer Liqanın qalibi olub.
Qeyd edək ki, Denni karyerasını boksda davam etdirəcək.