"Mançester Yunayted"in təklifi qəbul olunmadı

"Benfika" "Mançester Yunayted"in Qonsalu Ramuşla bağlı təklifini qəbul etməyib.

Sportline.az "Caught Offside"yə istinadla xəbər verir ki, portuqaliyalılar 22 yaşlı futbolçu üçün təklif olunan məbləğdən razı qalmayıblar.

Mançesterlilərin Ramuşla bağlı yeni təklif hazırladıqları bildirilir.

Qeyd edək ki, Qonsalu, son mövsümdə 47 oyunda 22 qol və 10 asistlə yadda qalıb.