“Mançester Yunayted”in yeni hədəfi

“Mançester Yunayted” “Leypsiq”in hücumçusu Yann Domande ilə maraqlanır.

Sportline.az xəbər verir ki, “qırmızı şeytanlar” və "Tottenhem”in skautları son günlərdə 19 yaşlı forvardın oyunlarını izləyiblər.

Domande əvvəllər “Liverpul”, “Mançester Siti”, “Çelsi” və digər klubların da maraq dairəsində olub.

Futbolçu bu mövsüm 14 oyuna çıxıb və 6 qol vurub. Onun hazırkı müqaviləsi isə 2030-cu ilin yayına qədər qüvvədədir.