"Mançester Yunayted"in yeni hədəfləri

"Mançester Yunayted" heyəti gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Erik Ten Haq heyətə yeni mərkəz müdafiəçisi cəlb etməyin vacibliyini vurğulayıb.

Bu haqda tanınmış jurnalist Nikolo Skira Tvitter səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə baş məşqçinin rəhbərliyə təqdim etdiyi siyahıda Matteys de Liqt, Antoniu Silva və Jan-Kler Todibonun adı var.