Mançesterdə nə baş verir?

"Mançester Yunayted"in futbolçuları komandanın baş məşqçisi Erik ten Haqın işindən narazılıqlarını bildirirlər.

Sportline.az "The Athletic"ə istinadla xəbər verir ki, futbolçular niderlandlı mütəxəssisin Premyer Liqanın 8-ci turunun "Brentford"a qalib gəldiyi oyunda (3:0) yarımmüdafiəçi Kazemironu əvəzləməsini, 10-cu turun "Mançester Siti" ilə oyununda müdafiəçi Rafael Varanı ehtiyat oyunçular skamyasına buraxmasını tənqid ediblər.

Komanda həmçinin hesab edir ki, məşqçi yarımmüdafiəçi Ceydon Sançonun cəzalandırılması ilə bağlı vəziyyətdə başqa cür hərəkət edə bilərdi.