“Mançester Yunayted” ulduz futbolçusunu komandadan göndərir

Adı açıqlanmayan Braziliya klubu “Mançester Yunayted”in ulduz futbolçusu Antonini transfer etmək qərarına gəlib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “qırmızı şeytanlar” futbolçunun qalmaqallı söhbətlərindən sonra klubda saxlamaq istəmir. Braziliya klubunun futbolçü üçün 95 milyon avro təklif etdiyi bildirilir.

“Mançester Yunayted” rəsmiləri futbolçunu klubdan göndərməkdə qərarlıdırlar.

Qeyd edək ki, braziliyalı futbolçu qadına şiddətlə bağlı ittiham olunduqdan sonra komandanın düşərgəsindən uzaqlaşdırılıb.