Mançini Zanyolonu niyə milliyə çağırmayıb? AÇIQLAMA

İtaliya seçməsinin baş məşqçisi Roberto Mançini "Qalatasaray"ın futbolçusu Nikolo Zanyolonu milliyə çağırmamasının səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis məşhur yarımmüdafiəçinin hələ tam hazır olmadığını bildirib.

"Zaniolo hələ indi yaxşılaşıb. Amma tam hazır deyil. "Qalatasaray"da hələ bir dəfə 90 dəqiqə meydanda olmayıb. Nə vaxt tam hazır olsa, performansı yüksək olsa, aramızda olacaq".