Maqnus Karlsen dünya çempionluğu uğrunda görüşlərdən imtina edir
Hazırkı dünya çempionu Maqnus Karlsen şahmat tacı uğrunda görüşlərdən imtina etməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, bu barədə 31 yaşlı norveçli qrossmeysterin özü "VG Sporten" nəşrinə açıqlama verib.
Onun sözlərinə görə, titulunu qorumaq üçün heç bir motivasiyası yoxdur: "Növbəti dəfə dünya çempionluğu uğrunda oynamağımı gözləyənlərin məyus olma şansı var. Qarşıdakı İddiaçılar Turnirini Alireza Firuzcadan başqası qazanarsa, çətin ki, şahmat tacı uğrunda görüşlər keçirim. Yalnız ona qarşı matç məni motivasiya edə bilər".
Qeyd edək ki, Maqnus Karlsen beşqat dünya çempionudur. O, son olaraq rusiyalı Yan Nepomnyaşiyə qalib gələrək dünya şahmat tacına sahib çıxıb.