Maradona koronavirusdan belə qorunur

Argentinanın "Ximnasiya" klubunun baş məşqçisi Dieqo Armando Maradona koronavirusdan qorunmaq üçün maraqlı mübarizə üsulu tapıb.

Sportline.az xəbər verir ki, 60 yaşlı mütəxəssis üzünü tamamilə örtən böyük ekranlı qoruyucudan istifadə ediir.

Argentinalı canlı əfsanə oyunların birində məhz bu cür görüntülənib. Bu vasitənin onun işinə mane olub-olmadığı isə məlum deyil.

Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrından "Ximnasiya"ya başçılıq edir.