Marek Hamşik Maradonanı arxada qoydu
İtaliya A Seriyasının 18-ci turu çərçivəsində keçirilən "Napoli" - "Sampdoriya" görüşündə (3:2) fərqlənən Marek Hamşik klubun tarixində yeni rekord müəyyənləşdirib.
SportLine.az xəbər verir ki, slovakiyalı bununla "Napoli"nin heyətində vurduğu qolların sayını 116-a çatıdırıb. M.Hamşik bu göstəricidə Diyeqo Maradonanı arxada qoyub. Argentinalı futbolçu "Napoli"də çıxış etdiyi müddətdə 115 dəfə rəqibi məyus edib.