Marek Hamşik qərarını açıqladı
Uzun illər “Napoli”nin şərəfini qoruyan və hazırda Türkiyə Super liqasında “Trabzonspor”un formasını geyinən Marek Hamşik mövsüm sonunda karyerasını bitirəcəyini açıqlayıb.
Sportline.az GOAL.com-a istinadən xəbər verir ki, o bununla bağlı tam qırara gəldiyini bildirib. Sitat: “Mövsümün sonunda futbolçu karyeramı başa vuracağam. Əlbəttə ki, bu qərarı qəbul etmək asan olmadı. Ailəmlə də məsləhətləşdik və belə qərara gəldik”.
Qeyd edək ki, slovakiyalı futbolçu 2021-ci ildən "Trabzonspor"un uğurları üçün çalışır.