Mario Götzenin yeni klubu bilindi

Dortmund "Borrusiya"sından ayrılan Mario Götze karyerasını Niderland çempionatında davam etdirəcək.

Sportline.az xəbər verir ki, təcrübəli futbolçu PSV-nin formasını geyinəcək.

Bu haqda Niderland klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin komandaya azad agent kimi keçdiyi və onunla 2 illik müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Mario Götze ötən mövsüm Budesliqada meydana çıxdığı 15 oyunda rəqib qapılarına 3 qol vurub.