Mariya Stadnikdən 5-ci Avropa çempionluğu
Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatında ilk gün yekunlaşmaq üzrədir.
Xəbər verdiyimiz kimi, yarışın birinci günündə mübarizəyə qoşulan qadın güləşçimiz Mariya Stadnik finala qədər irəliləməyi bacarıb. SportLine.az xəbər verir ki, həlledici görüşdə rumıniyalı Emilia Vuk üzərində 10:0 hesablı qələbə qazanan Stadnik 5-ci dəfə Avropa çempionu adına layiq görülüb.
Mariya Stadnikin görüşləri:
48 kq
1/8 final - Mariya Stadnik - Oleksandra Kogut (UKR) 10:0
1/4 final - Valentina İslamova (RUS) - Mariya Stadnik 2:5
1/2 final - Mariya Stadnik - Elitsa Yankova (BUL) 9:0 (tuşe)
FİNAL - Emilia Vuc (ROU) - Mariya Stadnik 0:10