Marmuş London klubuna transfer olacaq?

"Mançester Siti"in hücumçusu Omar Marmuş "Tottenhem"in diqqət mərkəzindədir.

Sportline.az xəbər verir ki, London klubu qış transfer pəncərəsi dövründə 26 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmağı düşünür.

Bu haqda nüfuzlu "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, O.Marmuş hazırda Afrika Millətlər Kubokunda çıxış edir.