"Marsel" 1/8 finalda

Fransa kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" səfərdə aşağı liqa təmsilçisi "Şauviqni" ilə qarşılaşıb. 3 cavabsız qolla qalib gələn "Marsel" 1/8 finala yüksəlib. 

"Şauviqni" - "Marsel" - 0:3

Qollar: Milik, 29, Under, 41, Harit, 80

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.