"Marsel" "Roma"nın futbolçusunu birdəfəlik aldı

"Qarabağ"ın Konfrans Liqasındakı pley-off mərhələsindəki rəqibi "Marsel" "Roma"dan icarəyə götürdüyü Pau Lopezi birdəfəlik alıb.

Sportline.az Fransa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı qolkiperlə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb.

Jurnalist Nikolo Şkira "Marsel"in 12 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, ispan qapıçı bu mövsüm meydana çıxdığı 20 matçda 17 qol buraxıb və 11 dəfə qapısını toxunulmaz saxlayıb.