"Qarabağ"ın rəqibidən inamlı qələbə

Liqa 1-də 23-cü tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi rəqibi "Marsel" “Anje”ni qəbul edib. Yeddi qolun qeydə alındığı oyunda meydan sahibləri böyük hesabla qalib gəliblər.

Qeyd edək ki, "Marsel" hazırda Liqa 1-in turnir cədvəlində 43 xalla 2-cidir. 

Fransa Liqa 1
23-cü tur

4 fevral

"Marsel" – "Anje" - 5:2

Qollar: Milik, 18; 70; 78. Jerson, 21. C.Ündər, 85 – Fulgini, 8. Bentaleb, 11.