Marsial qərarını verib
Antoni Marsial karyerasını "Mançester Yunayted"də davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda futbolçunun agenti Filipp Lamboli məlumat yayıb.
Onun sözlərinə görə, Marsial müqaviləsinin müddəti bitənədək Mançesteri tərk etməyəcək.
Münücür həmçinin, Antoninin baş məşqçi ilə münasibətlərinin korlanması haqda gəzən xəbərləri də təkzib edib.
Qeyd edək ki, Marsialın "qırmızı şeytanlar"la anlaşması bu ilin iyununadəkdir.