Mayk Tayson 20 milyon dollar qazanacaq
Məşhur boksçu, sabiq dünya çempionu Mayk Tayson pərəstişkarlarını yenidən sevindirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, amerikalı boksçu 27 yaşlı videobloqer Ceyk Polla rinqdə qarşılaşmağa hazırlaşır.
UFC-nin keçmiş çempionu Henri Sexudo bununla bağlı fikirlərini bölüşüb.
"Mənim Mayka böuük hörmətim var. Amma, bu döyüş üçün ona yaxşı ödəniş olacağına inanmıram. Ola bilər o, 20 milyon dollar qazansın. Bunu da normal hesab eləmək olar. Yaxınlarda Maykın 58 yaşı tamam olacaq", - deyə Sexudo "Give me Sport"a açıqlamasında bildirib.
Qeyd edək ki, sözügedən qarşılaşma iyulun 20-nə planlaşdırılır.