Mayk Tayson - Ceyk Paul döyüşü təxirə salınıb

Əfsanəvi boksçu Mayk Tayson və Ceyk Pol arasında keçiriləcək görüş Taysonun səhhətində yaranan problemlər səbəbindən təxirə salınıb.

Sportline.az Fanatik.com-a istinadla xəbər verir ki, 20 iyulda keçirilməli olan döyüş irəli bir tarixə salınıb.

Peşəkar karyerası 2005-ci ildə başa çatan Tayson sonuncu dəfə 2020-ci ildə şou xarakerli görüşdə rinqə çıxıb.

Qeyd edək ki, Taysondan 10 yaş kiçik olan Ceyk Paul keçirdiyi 10 görüşdə yalnız ingilis bokscu Tomi Fyuriyə məğlub olub.