Mbappe Fransa millisinin imkanlarını dəyərləndirib

Fransa millisinin hücumçusu Kilian Mbappe komandasının Avropa çempionatındakı imkanlarını qiymətləndirib.

Sportline.az xəbər verir ki, ulduz futbolçu mövzuya belə münasibət bildirib.

"Gələcəkdən xəbər verə bilmərəm. Hələlik bütün mərhələləri adlamışıq. İddialarımızı oyunumuzla büruzə vermişik. İndi bütün fikrimiz Portuqaliyadadır. Çempionatda amansız mübarizə gedir. Burada yalnız böyük komandalardır. Hər şeyi detallar həll edəcək. Yarımfinala yüksəlmək niyyətindəyik. Məşqlər əla gedir. Biz hazırıq", - deyə Mbappe "RMC Sport"a fikrini açıqlayıb.

Qeyd edək ki, 1/4 finalın Portuqaliya - Fransa matçı sabah keçiriləcək.