Mbappe heyətdən kənarda qaldı

Kilian Mbappe Fransa çempionatının 32-ci turunda meydana çıxmayacaq. 

Sportline.az xəbər verir ki, ulduz futbolçu əzələsindəki narahatlıq səbəbindən "Nitsa" ilə oyunu buraxacaq.

Bu haqda jurnalist Dani Jil sosial şəbəkə hesabında paylaşım edib.

Halbu ki, bundan əvvəl yayılan xəbərlərdə Kilianın bügünkü qarşılaşmada iştirak edəcəyi bildirilirdi.

Qeyd edək ki, 25 yaşlı forvarda cari mövsümdə çıxdığı 47 oyunda 44 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.