Mbappe: "Ronaldo ilə tez-tez danışıram"
"Real Madrid"in ulduz futbolçusu Kilian Mbappe Kriştiano Ronaldo haqqında danışıb.
Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, Mbappe portuqaliyalı futbolçu haqqında bu fikirləri səsləndirib;
"Mən Kriştiano Ronaldo ilə tez-tez danışıram. Mənə çoxlu məsləhətlər verir. İlk mövsümümdə ən azı onun qədər qol vurdum. Daha çox qol vurmağa çalışacam. Əsas olan "Real Madrid"in kuboklar qazanmasıdır", deyə Mbappe bildirib.
Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 32 qol və 4 məhsuldar ötürmə müəllifi olub.