Mədət Quliyev nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verib
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) prezidenti Mədət Quliyev yığma və klub məşqçiləri ilə görüşüb.
AzVİF-in Mətbuat Xidmətindən Sportline.az saytına verilən məlumata görə, toplantıda federasiya prezidenti və məşqçilər yüksək nailiyyətlərin əldə olunması yollarını müzakirə ediblər.
M.Quliyev velosiped idmanında kütləviliyin təmin olunması və idmançıların hazırlıq prosesində səmərəliliyin artırılmasının vacibliyindən danışıb. O, iş prosesində yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti tapşırıqlarını verib.