Məğlubiyyəti gecə klubunda qeyd etdi
"Mançester Yunayted" in hücumçusu Markus Reşford fanatları qəzəbləndirib.
Sportline.az Daily Mail nəşrinə istinadla xəbər verir ki, APL-in ötən turunda əzəli rəqib "Mançester Siti"yə 0-3 hesablı məğlubiyyətdən sonra gecə klubuna yollanan futbolçu doğum gününün orada qeyd edib.
Ağır məğlubiyyətin ardınca belə addım atması Reşfordun pərəstişkarları tərəfindən yaxşı qarşılaşnmayıb.
Xatırladaq ki, ingiltərəli hücumçu bu mövsüm bütün turnirlərdə keçirdiyi 13 oyunda 1 qol və 3 asistlə yadda qalıb.