"Məğlubiyyətimizə bəraət yoxdur"

"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının final matçında "Neftçi"yə məğlub olduqları (66:84) oyunu şərh edib.

Sportline.az xəbər verir ki,  mütəxəssis seriyanın dördüncü matçının ardından klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyətin səbəblərindən danışıb.

"Məğlubiyyətimizə bəraət yoxdur. Fiziki yorğunluq səbəb ola bilməz. Çünki rəqib də eyni şərtlər altında mübarizə aparır. Rəqib mobil oyun sərgilədi. Biz də isə heçnə alınmadı. Növbəti görüşün bazar günü keçirilməsi oyunçulara bir qədər istirahət verməyə şərait yaradır. Bu pley-offdur. Final seriyasında hər iki tərəf ən yaxşı matçını göstərməyə çalışır. Bizim kimi rəqib də hər qarşılaşmaya qələbə üçün çıxır. Seriyada ümumi hesab bərabərdir. Hər şey yenidən başlayır", - deyə o bildirib. 

Qeyd edək ki, tərəflər arasında seriyada bərabərlik var - 2:2. Komandalar arasında növbəti - 5-ci oyun mayın 11-nə təsadüf edəcək. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.