Mehdi Taremi "İnter"i tərk edir

"İnter"in iranlı futbolçusu Mehdi Taremi bu yay klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, futbolçu klubdan ayrı məşq edir.

Bu haqda "Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Tareminin "İnter"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, 33 yaşlı forvardın dəyəri "Transfermarkt" portalına görə, 3.5 milyon avrodur.