Məhəmməd Salah üçün yubiley
Məhəmməd Salah İngiltərə klublarının forması ilə 200-cü qolunu vurub.
Sportline.az xəbər verir ki, misirli futbolçu buna Premyer Liqanın "Brentford"la oyununda nail olub.
31 yaşlı forvard 3-0 hesabı ilə bitən qarşılaşmada dubla imza atıb.
Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"un heyətində meydana çıxdığı oyunlarda 198, "Çelsi"nin forması ilə 2 qol müəllifi olub.