Məhkəmə Messi barədə qərar çıxardı
İspaniya Ali Məhkəməsi “Barselona”nın hücumçusu Lionel Messi barədə 21 aylıq şərti həbs cəzasını qüvvədə saxlayıb.
SportLine.az "Marca"ya istinadən xəbər verir ki, bu gün keçirilən iclasda futbolçunun 2007-09-cu illərdə vergidən yayındığı bildirilib. Ümumilikdə, “Barselona”lı futbolçunun 4.1 milyon avronu vergidən gizlətdiyi qeyd olunub.
Məhkəmənin qərarından öncə Messiyə 3 il cəza istənilib. Lakin onun barəsində 21 aylıq qərər verilib. Leonun atasının cəza müddəti isə 21 aydan 15 aya endirilib.
İspaniya qanunlarına görə, iqtisadi cinayətdə ittiham olunan şəxs barəsində 2 illik həbs qərarı verilərsə, bu halda cəza şərti həbslə əvəzlənə bilər.